2023-2024-cü ilin payız və qış fəslində dəbdə olacaq saç modelləri məlum olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ilin payızında saç düzümünü təbəqələr və ya rəngləmə ilə vurğulamaq vacib olacaq.
Bu il əsasən dalğalı, iri buruqlu saçlar dəbə düşəcək. Uzun saçlara üstünlük verənlər xüsusilə, qat-qat kəsimlərlə saça forma verir.
Payız mövsümündə bob saç düzümü ən dəbli saç düzümü hesab oluna bilər. Çox praktik olan bu saç modeli bir az cəsarət tələb edir. Bununla qadınlar həm romantik, həm də sadə görünüş əldə edə bilər.