Gigi Hadi jurnalın ÜZ QABIĞINDA   -FOTOLENT
30 avqust 2022 19:31 (UTC +04:00)

Gigi Hadi jurnalın ÜZ QABIĞINDA -FOTOLENT

Gigi Hadid “Vogue Italy” jurnalının 2022-ci ilin sentyabr sayının üz qabığındadır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı amerikalı modeli jurnal səhifələrində tamam fərqli görünüşü ilə tanımaq çox çətindir.

Jurnalın üz qabığını bəzəyən supermodel, cazibə qüvvəsinə meydan oxuyan üslubda hazırlanmış atlaz saçları ilə demək olar ki, tanınmazdır. Bu saç məşhur modelin indiyə qədər sərgilədiyi ən cəsarətli görünüş kimi beyinlərdə yerini alıb. 

Qeyri-adi görünüş daha əvvəl Ledi Qaqa ilə işləmiş britaniyalı saç stilisti Eugene Souleimana məxsusdur. Hadid "yeni moda dünyası"na həsr olunmuş buraxılışın üz qabığında qara pencək və ona uyğun “maksi” yubkada pozalar verib. Məşhur model bu fotonu avqustun 24-də instaqram səhifəsində paylaşıb və çoxlu təriflər alıb.

Jurnal çəkilişlərində Hadid fotoqraf Raf Pavarotti və redaktor Qreys Koddinqtonla çalışıb.

"Onunla işləmək əyləncəlidir, çünki o, heç vaxt standartı seçmir, o, həmişə bir qədər şişirdilmiş və ekssentrik görünüş axtarır", - Hadid redaktor Koddinqton haqqında deyib. 

"Bir model olaraq, xüsusən də karyeramın bu nöqtəsində Qreys "Gigi, bir az qəribə görünəcək bu pozanı seçsəm dəli olarsanmı?" deyəndə,  "Qreys, mən özümü həmişə eyni şəkildə görməkdən yoruldum, davam et!" deyə cavabladım" – Gigi fotoqrafı barədə deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar