İstifadə etdiyimiz ətirlər üz rəngimizlə birləşir və hətta şəxsiyyətimizlə eyniləşir. Hər ətir hər dəri qoxusuna uyğun gəlmir.
Buna görə də düzgün ətir seçmək vacibdir.
Lent.az xəbər verir ki, həmişə sizi xatırladacaq və xüsusi bir ətir seçmək lazımdır.
Məlumata görə, ətirlər dərinin vəziyyətinə təsir edir. Buna görə yüksək qalıcılıq üçün ətrinizi duşdan sonra azca nəmli dərinizə çəkməli və onun yayılması üçün bir neçə dəqiqə gözləməlisiniz. Çünki nəm dəri qoxusunu saxlayır. Ətir dərinizdə 1 gün ərzində qala bilər. Amma təbii ki, bu onların qalıcılığından da asılıdır.
Ətirləri əlinizdəki nəbz nöqtələrinə, biləklərinizin içinə, göbəyin altına, qulaqlarınızın arxasına tətbiq etmək məsləhətdir.
Çünki bu hissələr damarlarınızın dərinizə ən yaxın olduğu yerlərdir.
Yağlı və quru dərilərdə ətirlərin qalıcılığı fərqli ola bilər. Həmçinin, ətir qoxusu aktiv insanlarda oturaq həyat tərzi keçirənlərlə müqayisədə daha uzun müddət qalır.