Dünyanın ən məşhur ayaqqabılarının adı açıqlanıb.
Lent.az xəbər verir ki, siyahıya sarı “Onitsuka Tiger Mexico 66” markalı idman ayaqqabısı başçılıq edir. Qeyd olunur ki, bu ilin ilk 6 ayında axtarış sorğularının sayı 113 milyon baxış təşkil edib.
Məlumdur ki, bu ayaqqabılar məşhurlar arasında xüsusilə populyarlaşıb. Onların arasında model Bella Hadid və Kaia Gerber də olub.