Müğənni Dua Lipa Milan Moda həftəsi çərçivəsində baş tutan “GCDS” brendinin şousuna transparan qara libasda gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünya ulduzunun geyimi hər kəsin marağına səbəb olub. Lipa möhtəşəm paltarı ilə əlində ürək formalı qırmızı çanta götürüb.
O, kombinini hündürdaban altı platforma olan ayaqqabı ilə tamamlayıb.
Müğənninin geyimi ilə yanaşı, tünd tonlarda olan dumanlı göz makiyajı da diqqətləri öz üzərinə çəkib.