Mütəxəssislər şərabın dərinin cavan qalması üçün faydalarından danışıblar.
Lent.az xəbər verir ki, şərab dərinin elastikliyini və nəmlənməsini yaxşılaşdırır.
Bununla bağlı aparılan sınaqlarda 40-67 yaş arası 17 qadının məlumatlarını tədqiq ediblər və onları təsadüfi olaraq iki qrupa ayırıblar: alkoqolsuz şərab içənlər və plasebo içkisi içənlər. Plasebonun dadı şərab kimi olsa da, tərkibində polifenollar yoxdur.
İştirakçılar altı həftə ərzində hər gün 300 mililitr (iki stəkan şərab) təyin edilmiş içki içiblər. Daha sonra üç həftəlik fasilə veriblər və daha altı həftə başqa içkiyə keçməyiblər.
Tədqiqatçılar təqibin əvvəlində və hər altı həftəlik dövrün sonunda subyektlərin dəri vəziyyətini, o cümlədən iltihabın və oksidləşdirici stressin biomarkerlərini ölçüblər. Onlar belə nəticəyə gəliblər ki, muskat şərabı içmək dərinin elastikliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və həmçinin transepidermal su itkisini azaldır, yəni dəridə daha təsirli maneə funksiyası yaranır. O da qeyd edilib ki, şərab içməklə qırışların sayını azaltmaq arasında əlaqə olmayıb.
Ehtimal edilir ki, bu, kimyəvi birləşmələrin - polifenolların təsiri ilə bağlıdır ki, onlar bir çox bitkilərdə olur. Ancaq qırmızı muskat üzümlərində onların tərkibi unikaldır.