Cins şalvarları  necə yumaq lazımdır?
15 iyun 2023 14:11 (UTC +04:00)

Cins şalvarları necə yumaq lazımdır?

Hər birimizin qarderobunda dəbli görünüşü və praktikliyi sayəsində populyarlıq qazanmış cins geyimlər var. Bununla belə, cins şalvarların uzun müddət istifadə edilməsi və cazibədar görünməsi üçün yuyulmanın bəzi incəliklərini bilməlisiniz.

Lent.az xəbər verir ki, cins şalvar paltaryuyan maşına adi formada atıla bilməz. Bu onun köhnəlmə riskini artırır. Buna görə də, yumağa başlamazdan əvvəl şalvarınızı içəri çevirərək maşına atın. 

Hər bir məhsul haqqında etiketdə göstərilən məlumatlara diqqət etmək məsləhətdir. Bununla belə, temperaturu 30 dərəcədən çox seçməməyiniz tövsiyə edilir. 

Bəzi müasir paltaryuyan maşınlarda cins məhsulların yuyulması rejiminin əvvəlcədən təmin edildiyini də nəzərə almağa dəyər. 

O da qeyd edilir ki, cins və ya başqa geyimlərdə temperatura fikir verilməsə, onlar tez sıradan çıxacaq və köhnələcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5793
avatar

Sevinc Fərid

Oxşar yazılar