Buruq saçların insan beynində müsbət təsirləri AÇIQLANDI
23 fevral 2023 09:24 (UTC +04:00)

Buruq saçların insan beynində müsbət təsirləri AÇIQLANDI

Alimlər insanların buruq saçlara nə üçün ehtiyac duyduğunu tapıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin alimləri insan növlərində qıvrım saçların görünməsinin termorequlyasiya problemləri ilə əlaqələndirilə biləcəyini göstərən təcrübə aparıblar.

İnsanlar bədəni tüklərlə örtülməyən yeganə primat növüdür ki, baş dərimiz burada istisnadır. Təbiətdə insandan başqa heç bir heyvanın həqiqətən qıvrım saçları yoxdur. Elm adamları uzun müddətdir ki, bu xüsusiyyətin insanlara həddindən artıq istidə daha az tərləməsinə imkan verdiyini düşünürlər.

Yeni bir araşdırmada elm adamları bir təcrübə üzərində çalışıblar. Onlar düz, dalğalı və qıvrımlı pariklər də daxil olmaqla bir neçə növ parikləri manekendə sınaqdan keçiriblər. Məlum olub ki, istənilən saç stili baş dərisinin daha az istilik udmasına imkan verir, lakin buruq saçlar bu barədə xüsusilə təsirlidir.

Tərləmə enerji tələb edən bir prosesdir. Təcrübənin nəticələri onu göstərir ki, başdakı tüklər, xüsusən də kifayət qədər içməli suyun olmadığı isti və quraq bölgələrdə beynin günəş şüalarından və istisindən qoruyan təbii bir vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Fidan İlqar

Oxşar yazılar