Yaşlandıqca vücudunuzun kollagen istehsalı azalmağa başlayır. Kollagen istehsalının azalması ilə dərinizdə yaşlanma əlamətləri görünməyə başlayır. İncə xətlərin, sallanmaların və qırışların görünüşü artır. Ancaq bütün bu yaşlanma əlamətlərini bir gecədə silə bilərsiniz.
Lent.az xəbər verir ki, bəzi təbii yağlar hüceyrə regenerativ xüsusiyyətləri ilə dərini təxminən 10 il cavanlaşdırır.
Ümumiyyətlə, dərisinə və görünüşünə əhəmiyyət verən hər kəs istənilən yaşda cavan görünməyi xəyal edir. Bəzən dərinizə nə qədər qulluq etsəniz də, yaşlanma qaçılmaz olur. Ancaq dərinizdəki qocalma izlərini silmək sizin əlinizdədir.
Təbii yağlar dəriyə qulluqda və saç baxımında çox istifadə olunur. Bəzi təbii yağlar dəri hüceyrələrini qısa müddətdə bərpa etmə effektinə malikdir. Dəriyə qulluqda bu yağları müntəzəm olaraq istifadə etsəniz, dərinizin cavan qalmasına əhəmiyyətli dərəcədə kömək etmiş olarsınız. Bu zaman dəri özünü daha sürətli yeniləyir, xüsusən də gecələr...
Bu yağlara misal olaraq arqan, üzüm toxumu, zeytun, itburnu, avokado, limon, badam kimi yağlar məsləhət görülür.