Bu qəribə ayaqqabıları və gödəkcələri görənlər heyrətə düşür
İtaliyalı modelyer Strnge Thing qeyri-adi əl işləri ilə insanları cəlb edir. O intibah dövrünü öz geyimlərində qabarıq şəkildə yenidən yaşadır.
Bu stilistin hazırladığı ayaqqabı və geyimlərə baxanda sanki Romanın memarlıq üslubunu seyr edir, Mikelancelonun əsərlərini görürsən. Geyimlər sanki parçadan yox, mərmərdən hazırlanmış kimi görünür.
Lent.az həmin əl işlərini təqdim edir.