Türkiyəli tanınmış müğənni Özcan Dənizin sevgilisi Samar Dadgar kameralara yaxalanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun barmağındakı təkqaş üzüyü diqqət çəkib.
Özcan Dənizin özündən 24 yaş kiçik sevgilisi iranlı dizayner Samara evlilik təklifi etdiyi bildirilir.
Kameraları görən Dadgar müxbirlərin verdiyi suallara məhəl qoymayıb. O, özünü telefonla danışırmış kimi göstərərək yoluna davam edib.
Qeyd edək ki, Özcan Dəniz 2018-ci ildə Feyza Aktan ilə ailə həyatı qurub. Onlar 2019-cu ildə mübahisəli şəkildə boşanıb. İkilinin Kuzey adlı bir oğlu var.