Keçən ilin yayında həmkarı Serkan Çayoğlu ilə nikah masasına oturan aktrisa Özgə Gürel evliliyindən danışıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa çox xoşbəxt olduğunu və hər şeyin yolunda getdiyini bildirib:
“Toyumuzu xatırladıqca Serkanla üzümüzdə güllər açır. Xoşbəxt münasibətin sirri olub-olmadığını bilmirəm. İnsan əvvəlcə özünü tanımalıdır. Biz Serkanla böyümüşük, hələ də böyüyürük. Bir-birimizi kəşf edirik. Serkanı çox sevirəm. Hərdən əsəbiləşirəm, amma aşiq olduğum üçün bəzi şeyləri yox sayıram. Bir-birimizin həyatında yer açdıq, bəzi yerləri isə bağladıq!” – aktrisa deyib.
Xatırladaq ki, cütlük 7 illik münasibətlərini ötən ilin iyul ayında rəsmiləşdiriblər.