"Barselona"da çıxış edən təcrübəli futbolçu Gerard Pike musiqi dünyasının ulduzu olan Şakira ilə 12 illik münasibətinə bir müddət əvvəl son qoyub.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddiaya görə, "Barselona"nın “Spotify” ilə razılaşmasına əsasən, Pike oyunlarda Şakiranın adı yazılan formada meydana çıxa bilər.
“Barselona” keçən həftə “Real” ilə Madridlə oynadığı derbi oyununda müğənni Drakein loqosu olan formaları geyinərək meydana çıxmışdı.
Xavi ilə mübahisə etdi
İspania mətbuatı, Çempionlar Liqasının qrup mərhələsinin oyununda “Barselona”nın “Bavariya”ya məğlubiyyətindən sonra soyunma otağında yaranan böhranı qeyd edib. Baş məşqçi Xavi Hernandezin ona oynamaq şansı vermədiyi üçün bədbəxt olduğunu bildirən 35 yaşlı müdafiəçinin paltardəyişmə otağında komanda yoldaşlarını qınadığı vurğulanıb.
Şakira ayrılıqdan sonra ilk dəfə danışdı
Jerar Pikenin Şakira ilə ayrılma qərarından sonra onun futbolunda böyük geriləmə olduğu müşahidə edilib. Kolumbiyalı müğənni 12 illik münasibətləri bitdikdən sonra ilk dəfə danışıb. Şakira Pike ilə birlikdə olduğu dövrü bu sözlərlə izah edib:
"İlk dəfədir ki, yaşadıqlarımdan danışıram. Susdum. Bu barədə danışmaq çətindir. Çünki normal ayrılığımız olmayıb. Bu, təkcə mənim üçün deyil, həm də uşaqlarım üçün çətin idi. Uşaqlarımı bu vəziyyətdən qorumağa çalışdım. Çünki onlar mənim həyatda ən vacib sərvətlərimdir.
Məktəbdə dostlarından nəsə eşidirlər, İnternetdə bəd xəbərlərə rast gəlirlər və təsirlənirlər. Bəzən başıma gələnlər pis yuxu kimi gəlir və mən hardasa oyanacağam. Amma yox, bu realdır. Yəqin ki, həyatımın ən qaranlıq dövrüdür. Pike futbol oynamaq və çempionluq qazanmaq istəyirdi. Mən ona dəstək olmalıydım. Mən bu qurbanı sırf onun üçün, sevgi üçün etdim. Bunu kimsə etməli idi. Onun üçün karyeramı ikinci plana qoyurdum”.