Pike razılaşdı:   Şakira oğlanları ilə Mayamiyə köçəcək
08 noyabr 2022 19:41 (UTC +04:00)

Pike razılaşdı: Şakira oğlanları ilə Mayamiyə köçəcək

Məşhur müğənni Şakira oğulları - doqquz yaşlı Milana və yeddi yaşlı Saşaya tam qəyyumluq alıb.

Lent.az-ın məlumatına görə, “El Pais” yazır ki, o, bu barədə keçmiş sevgilisi Jerard Pike ilə 12 saat danışıb.

İndi 45 yaşlı kolumbiyalı pop ulduz Barselonadakı ailə evindən Florida ştatının Mayami şəhərinə köçəcək. O, bunu 2023-cü ilin əvvəlində etməyi planlaşdırır.

Mətbuat yazır ki, Jerard məhkəmədə proseslərdən yayınmaq üçün keçmiş sevgilisinin şərtləri, tam qəyyumluq və uşaqlarının ABŞ-a köçürülməsi ilə razılaşıb. Ehtimal olunurdu ki, onun xəyanətləri orada geniş şəkildə müzakirə oluna biərdi.

Şakiranın tam himayəsində olmasına baxmayaraq, Pike istədiyi vaxt uşaqlara baş çəkə biləcək.

Bu arada qeyd edək ki, Pike futboldan getdiyini açıqlayıb.

Xatırladaq ki, 2022-ci il iyunun əvvəlində müğənni xəyanətlərinə görə futbolçu ilə münasibətlərini kəsdiyini rəsmən elan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar