Diş həkimi insanları daha ehtiraslı öpüşməyə çağırıb.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, diş həkimi Alan Karr deyir ki, ehtiraslı öpüşlər dişləri və diş ətlərini sağlam saxlamağa kömək edir.
“Öpüşmək, xüsusən də ehtiraslı öpüşlər tüpürcək əmələ gəlməsinə kömək edir. Ağız, diş və diş ətini sağlam saxlayır”, - həkim bildirib.
O, öpüşmə zamanı insanların bakteriya mübadiləsi apardığını da əlavə edib. Lakin onun fikrincə, bu heç də həmişə pis deyil.
Tüpürcəkdəki bəzi mikroorqanizmlər ağız boşluğundakı və ya diş çürüməsinə səbəb olan bəzi streptokok bakteriyaların böyüməsini azalda bilər.
Karr əlavə edib ki, öpüşmək həm də immunitet sistemini gücləndirir və sağlam bakteriyalara məruz qalma orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Stomatoloqın fikrincə, əgər tərəfdaşlardan birinin ağzında və ya dodaqlarında herpes varsa, öpüşməkdən yayınmaq vacibdir. Eyni zamanda əgər bir şəxs ağız boşluğunun gigiyenasına əməl etmirsə, öpüşmək kontrendikedir.