Türkiyəli tanınmış aktrisa Hande Erçel və aktyor Kerem Bursin ayrılıblar.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın bacısı Qamze Erçelin doğum gününə Kerem Bursinin qatılmaması diqqət çəkib.
Sonra məlum olub ki, cütlük bir həftədir ayrılıb.
Bildirilir ki, Bürsin sevgilisi ilə barışmaq üçün yaxın dostlarını hərəkətə gətirib. 28 yaşlı aktrisa isə deyib: “Hər şey bitdi. Artıq geriyə dönüş yoxdur”.