27 yaşlı avstraliyalı aktrisa Nataşa Basset amerikalı iş adamı İlon Maskın yeni sevgilisi olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aktrisa Los-Ancelesdə Maskın şəxsi təyyarəsindən çıxarkən paparassilər fotosunu çəkiblər.
Nataşa Basset hazırda Elvis Presli haqqında filmə çəkilir və burada onun ilk sevgilisi Diksi Lokkun rolunu oynayır. Film "Elvis" adlanır, Elvis rolunu Ostin Batler, meneceri rolunu isə Tom Henks oynayır.
27 yaşlı aktrisa daha əvvəl “12 güclü yetim”, “Xəyal qapısının arxasında”, “Casus müdaxiləsi”, “Çöl ərazisi”, “Britni əbədidir”, “Dəlilik astanasında”, “Göldə ev”, “Yaşasın Sezar!” filmlərində, “Çarəsiz oğlanlar” və digər seriallarda rol alıb.
Basset Sidneydən doğulub, lakin teatr məktəbində oxumaq üçün 2019-cu ildə Nyu-Yorka köçüb.
Paparassilər tamamilə qara geyinmiş 50 yaşlı iş adamını şəxsi Gulfstream G650ER təyyarəsindən enərkən, qısa müddət sonra kürən saçlı Nataşa Basseti lentə alıblar.
O, uzun tünd palto və ağ çəkmə geyinib. Basset üzünü gün eynəyi ilə örtüb. Daha sonra cütlüyü “Tesla” aparıb.
Keçən ilin sentyabr ayında Mask 33 yaşlı müğənni Qrayms ilə üç illik münasibətdən sonra və oğulları X Æ A-Xii dünyaya gəldikdən cəmi bir il sonra ayrılıb. Daha sonra Qrayms ayrılığın səbəbləri haqqında mahnı oxuyub.