Sevgilinizlə yarım saatlıq gəzinti sizi stresdən və yorğunluqdan xilas edəcək.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 1000 nəfər üzərində aparılan araşdırma zamanı məlum olub ki, hər gün əl-ələ tutub gəzən sevgililərin beynində bəzi kimyəvi maddələrin, o cümlədən dopamin, adrenalin və endorfinin səviyyələrində ciddi artım müşahidə edilir.
Dopamin insana enerji verib xoşbəxtlik bəxş edən kimyəvi maddədir.
20 ildir evli olub hələ də bir-birilərini sevdiklərini söyləyən cütlüklərin beyin fəaliyyətləri araşdırılıb. Nəticədə onların beyinlərinin sevdikləri şəxslə bağlı suallara yeni aşiq olan şəxslərlə oxşar reaksiyalar verdikləri ortaya çıxıb.
Dopamin hormon artımına və ürəyin güclənməsinə səbəb olduğu da sübut edilib.