Məlum olub ki, Devid Bekhemin 73 yaşlı atası 62 yaşlı milyonçu ilə evlənib və toyda ən yaxşı kişi rolu dünya şöhrətli futbolçuya həvalə edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, beləliklə, Ted Bekhem vəkil Hillari Mereditlə evlənib. Babanın toyu ailə dairəsində qohumlar, yaxın dostlar arasında qeyd olunub.
Məlumdur ki, Bekhem atası ilə ən isti münasibətləri saxlayır və buna görə də nəinki onun qərarını dəstəkləyib, hətta qoca atasını kilsəyə qədər müşayiət edib.
Bekhem ailəsinin demək olar ki, bütün üzvləri - Viktoriya, Romeo, sevgilisi Miya, Kruz və Harper mərasimdə görünüblər.
Yalnız böyük oğlu Bruklin nişanlısı Nikola ilə olmayıb.
Cütlük babanın toyuna ABŞ-dan gələ bilməyib.
Devid Bekhemin ata və anası 2002-ci ildə boşanıb. Onlar 33 il birlikdə yaşayıb.
Ted Bekhem həyat yoldaşı ilə 2019-cu ildə rastlaşıb, keçən ilin mart ayında yeni evlənənlər nişanlandıqlarını açıqlayıblar.