Yeni Zelandiyanın Baş naziri Casinda Ardern koronavirusun omikron ştammının yayılması ilə bağlı xüsusi xəbərdarlığa görə, televiziya aparıcısı Klark Gayford ilə toyunu təxirə salıb.
Lent.az bildirir ki, bu barədə baş nazir onlayn brifinq zamanı məlumat verib.
O bildirib ki, bütün tədbirlərdə iştirakçı sayının 100 nəfərə qədər məhdudlaşdırılması qərarı artıq qüvvəyə minib:
“Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər Yeni Zelandiya vətəndaşlarına qoşuluram. Çox üzgünəm, amma başa düşürük ki, biz bunu bir-birimiz üçün edirik".
Qeyd edək ki, cütlüyün Niv Te Aroha adlı üç yaşlı qızı var. Cütlük 2019-cu ilin aprelində nişanlanıb.