92 yaşlı media maqnatı  beşinci dəfə   evlənir
20 mart 2023 19:36 (UTC +04:00)

92 yaşlı media maqnatı beşinci dəfə evlənir


Avstraliya əsilli amerikalı media maqnatı Rupert Merdok beşinci dəfə evlənmək üzrədir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 92 yaşlı iş adamı 2008-ci ildə vəfat edən məşhur amerikalı kantri müğənnisi və televiziya aparıcısı Çester Smitin dul arvadı, 66 yaşlı Enn Lesli Smithə evlilik təklifi edib. Nişan  martın 14-də, Nyu-Yorkda Müqəddəs Patrik günündə baş tutub. Merdok gələcək həyat yoldaşına brilyant üzük hədiyyə edib. “Çox əsəbi idim. Aşiq olmaqdan qorxdum. Amma bilirdim ki, bu mənim sonuncu dəfəmdir. Qoy olsun. Mən xoşbəxtəm”, - o etiraf edib.

Smit bildirib ki, mərhum əri də iş adamı olduğu üçün Merdokla tez dil tapıb. “Rupertlə mən eyni dildə danışırıq. Bizim də oxşar inanclarımız var”, - qadın bildirib.

Cütlük 2022-ci ildə Smit və 200 digər qonaq Merdokun üzüm bağını ziyarət edərkən Los-Ancelesdə tanış olublar. İki həftə sonra ona zəng vurub görüşməyi təklif edib. Toy yazın sonuna planlaşdırılıb.

Rupert Merdok dünyanın ən böyük media maqnatlarından biridir. O, dünya üzrə yüzlərlə media orqanının daxil olduğu “News Corp” holdinqinin sahibidir. Xüsusilə, Merdokun şirkəti “The Wall Street Journal” və “New-York Post”, Britaniyanın “The Sun” və “The Times”, “Sky News Australia” və “Fox News” telekanallarının Amerika nəşrlərinin sahibidir. İş adamı 1931-ci il martın 11-də anadan olub və ilk dəfə 1956-cı ildə evlənib. Ümumilikdə onun dörd arvadı olub, sonuncu arvadı 66 yaşlı keçmiş top-model Cerri Holl 2022-ci ilin iyununda boşanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889
avatar

Oxşar yazılar