2022-ci ildə toy üçün ən ideal VAXT
13 fevral 2022 19:16 (UTC +04:00)

2022-ci ildə toy üçün ən ideal VAXT

Bu il Sevgililər Günündə bir çox qız evlilik təklifi alacaq. Toy üçün hazırlaşmağa necə başlamaq lazımdır? Təbii ki, düzgün tarixlərin seçilməsi ilə.

Yaxın gələcəkdə bizi nə gözlədiyini anlamaq üçün səma cisimlərinin köməyinə nə qədər tez-tez müraciət edirik? 

Lent.az xarici mediaya istinadla bildirir ki, bəziləri 2022-ci ildə kimin varlanacağı ilə maraqlanarkən, digərləri daha ciddi suallara cavab axtarır.

Toy üçün düzgün tarixi necə seçmək olar?

Bu, dünyada gəlin olmağa hazırlaşan milyonlarla qızı narahat edən əsas sualdır. 2022-ci ildə toy etməyi planlaşdıranlar üçün cavab var.

Əvvəla, bilməlisiniz ki, 2022-ci il ərzində evlilik üçün həm əlverişli, həm də yararsız günlər olacaq. Astrologiyada evlilik üçün ən pis dövr Merkurinin retroqrad dövrü adlanır. Əslində, bu vaxt demək olar ki, hər şey, hətta evdən çıxmağınız üçün də əlverişsizdir.

Astroloqlar iddia edirlər ki, Merkurinin retroqrad dövründə bağlanan nikahlar, statistikaya görə, boşanma və ya bütün ailə həyatı üçün problemlərlə nəticələnir.

Evlilik üçün ən uğurlu vaxt planetlərin əksəriyyətinin Xərçəng və ya Şir bürclərində olduğu dövrdür. Planetlərin bu düzülüşü sevgi, sevinc və xoşbəxtliyi simvollaşdırır.

2022-ci ildə aprelin sonundan etibarən Qara Ayın Xərçəng bürcündən keçəcəyini bilmək lazımdır. Bu dövr də toy üçün əlverişsizdir. Başqa bir dövr - iyunun sonundan iyulun ortalarına qədər də ən yaxşısı olmayacaq.

Nəzərə alın ki, bu il toy üçün ən ideal tarix 28 iyuldur. Bu gün Şir bürcündə yeni ay olacaq. Bu o deməkdir ki, məhz bu gün sevgililər sarsılmaz yaradıcı enerji yarada biləcəklər, o isə yeni ailənin çiçəklənməsinə və firavanlığına kömək edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4401
avatar

Oxşar yazılar