Şou biznesin bu gün ən özündən deyən müğənnilərindən biri Rəqsanədir. Onun həyatını "Zooluşka"nın nağılına bənzətmək olar. Bir zamanlar bir çörəyə möhtac qalıb, xarabalıqlardan saraylara qədər özünə yol salan müğənnidir Rəqsanə. Cəsarəti onu müğənni kimi yox, bir insan kimi ayaqda saxlayıb. Baxmayaraq ki, Rəqsanənin kifayət qədər maddi problemləri, müxtəlif məhkəmə cəkişmələri olub. Təkbaşına vəziyyətdən cıxıb və bu gün sözünün qarşısına söz deyilməyən, hamıya arxa dayaq durmağı bacaran, yeri gələndə bunu sevərək edən müğənnidir Rəqsanə. Onun yerinə hər hansı başqa bir biri olsaydı, dözə bilməzdi. O küllərin içindən çıxıb alov olmağı bacarıb.
Lent.az “Bioqrafiya” rubrikasında müğənni Rəqsanə İsmayılova barədə məlumat verir.
-Rəqsanə İsmayılova harada anadan olub?
Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə doğulub.
- Rəqsanənin ali təhsili var?
Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinin diplomunu alıb.
Müğənni Rəqsanə 2 dəfə rəsmi ailəli olub. Birinci evliliyindən qızı Aysun dünyaya gəlib. Öz dediyinə görə, Goranboy rayonuna ərə gedib. Hamiləykən aclıq çəkib, bir tikə çörəyə belə möhtac qalıb. Əri ayrıldıqdan sonra qızı Aysunla maraqlanmayıb. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Necə deyərlər imkansızlıq onu müğənni olmağa məcbur edib.
-Rəqsanənin neçə övladı var?
Müğənni 4 uşaq anasıdır. Son iki uşağının atası indiki əri Fazil Əmiraslanovdur. 3 qızı bir oğlu var.
- Rəqsanənin ikinci qızı Yağmurun atası kimdir?
Rəqsanə bu barədə danışmır. Yağmurun köklü bir nəslin daşıyıcısı olduğunu deyib. İfaçı bir müsahibəsində bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:
“Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir”.
- Rəqsanənin atası kimdir?
Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir. Orada Qalina adlı rus qadınla evlənib və ondan Mircəfər və Elvira adlı iki uşağı var. Rəqsanə atasını Xoşqədəmin proqramında axtarıb tapsa da atası onunla görüşmək istəməyib.
- Rəqsanənin adı insan alverində hallanıb?
Bəli. O, anası və bacısı illər öncə insan alverinə görə, məsuliyyətə cəlb ediliblər. Bu barədə prodüsser Təranə Səmədova belə demişdi:
"2006-cı ilin dekabrında anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır.
-Rəqsanə Fazil Əmiraslanovla nə zaman evlənib?
O, biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib. “Fazil müəllim boşanandan sonra ailə qurmuşuq. O, ailəli olanda onu tanımırdım. Fazil Əmiraslanovun eks-xanımı rus olub və ondan iki övladı var. Qız anası ilədir. Münasibətimiz yoxdur. Amma oğlu Elvinlə tez-tez görüşürük”.Müğənni hamilə olduğunu, tezliklə beşinci övladını dünyaya gətirəcəyini etiraf edib: “Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm. O ərinin övladları ilə də xoş münasiəbtdədir. Allah hər zaman bizi mehriban etsin. Elvin( Ərinin oğlu) mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm.
Həyat yoldaşım o qədər gözəl xasiyyətə malikdir insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrıseçkilik yoxdur" - deyə o bildirib.
- Rəqsanə harada yaşayır?
Onun həm Moskvada, həm Bakıda saray kimi iki böyük villası var. Rəqsanə əsl kraliça kimi yaşayır.
- Rəqsanə plastik əməliyyat etdirib?
Bəli. O dəfələrlə plastik əməliyyat etdirib. Üzünə dodaqlarına dolğular vurdurub. Bədənşəkilləndirmə əməliyyatı keçirib. Daima 50-55 kilo çəkidə qaldığını deyir.
- Rəqsanə toylara neçəyə gedir?
Rəqsanə əsasən bütöv toy oxuyur. Rusiya və Azərbaycanda toylara gedir. Azərbaycanda toy qonorarı 5 min manatdır. Rusiyada bu qiymət daha da çoxalır.
- Rəqsanənin əlavə biznesi var?
Bəli. O Rusiya və Azərbaycanda restoran biznesi ilə də məşğul olur.