Aleksandr Turçinov Krımdan danışdı
06 mart 2014 17:01 (UTC +04:00)

Aleksandr Turçinov Krımdan danışdı

“Krım hakimiyyəti qeyri-legitimdir və avtomat lüləsi altında qərarlar qəbul edir”.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Norveç və Finlandiya xarici işlər nazirləri ilə görüşdən sonra deyib. O bildirib ki, Sergey Aksyonov adlı şəxs qeyri-qanuni olaraq baş nazir seçilib, çünki Konstitusiyaya əsasən Krım Muxtar Respublikasının baş naziri vəzifəsinə namizədi Ukrayna prezidenti təqdim etməlidir.

 

Hazırda Kiyevdə Milli Müdafiə və Təhlükəsizlik Şurasının fövqəladə iclası başlayıb.   

# 1396
avatar

Oxşar yazılar