Gürcüstan vətəndaşı Azərbaycanda külli miqdarda pul oğurlayıb
06 mart 2014 14:12 (UTC +04:00)

Gürcüstan vətəndaşı Azərbaycanda külli miqdarda pul oğurlayıb

Gürcüstan vətəndaşı Azərbaycanda avtomobildən külli miqdarda pul oğurlayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsini və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Vüqar Babayevə məxsus avtomobildən 28 159 manat və 35 000 dollar oğurlamış Gürcüstan vətəndaşı Qela Alquşvili martın 5-də Yevlax rayonu ərazisində “Opel” markalı avtomobili idarə edərkən BDYPİ-nin Yevlax rayonu ərazisindəki postunda saxlanılıb.

 

 

# 855
avatar

Oxşar yazılar