Əbülfəs Qarayev İƏT-in baş katibiylə nədən danışdı?
06 mart 2014 10:56 (UTC +04:00)

Əbülfəs Qarayev İƏT-in baş katibiylə nədən danışdı?

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İƏT-in baş katibi İyad Bin Əmin Mədənini qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla İƏT arasında mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

 

Nazir Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı İƏT-in tutduğu prinsipial mövqe, eyni zamanda "Xocalıya Ədalət" kompaniyasına göstərilən dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Söhbət zamanı İƏT-in mədəniyyət, turizm, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün təmin olunmasında çoxşaxəli fəaliyyətinin dünyanın beynəlxalq siyasətində mühüm rol oynadığı diqqətə çatdırılıb.

 

Baş katib Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığın indiki səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın islam aləmində əhəmiyyətli mövqeyə sahib bir ölkə olduğunu vurğulayıb, İƏT ölkələrinin mədəni qabiliyyətlərinin inkişafı ilə bağlı təlimlərin və turizm sahəsində xüsusi layihələrin həyata keçirilməsi təkliflərini irəli sürüb.

 

Nazir İƏT-in baş qərargahında xüsusi fotosərginin təşkili, İƏT-lə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış mədəni irsə dair xüsusi sənədin qəbul olunmasını təklif edib.

 

Yekunda müzakirə olunan məsələlər barədə konkret əməkdaşlıq planının hazırlanması qərara alınıb.

# 669
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar