Tələsən bir yerinmi vardı, Sayın Cümhurbaşqanı?

Türkiyə erməni azlığına aid “Agos” qəzeti artıq Türk Hava Yolları ilə işbirliyi içindədir. Daha doğrusu, THY “Agos”la işbirliyi edir.

Belə bir xəbər Azərbaycanda necə qarşılanar sizcə? Mən Azərbaycanlıysam, Azərbaycanda yaşayıramsa və də xalqla iç-içəysəm, sizə söyləyim: Heç yaxşı xəbər deyil bu!

Bəli, Azərbaycanda bu xəbər belə qəbul edilir. Türk Hava Yolları, həm də Atatürk Hava Limanında bir erməni qəzetini yaymağa izn vermişdir demək!

Sözün bitdiyi yer deyə bilərik buna. Ancaq demirik. Nədənmi deyə soruşursunuz? Açıqlaya bilərəm.

Açıqlama çox bəsitdir. İş, para, mənfəət mövzu olunca, millət məsələsi arxa plana keçər. Üstəgəl, bir də qanunlar varsa və qanunlar işə yarar durumdaysa, bir də sözü keçən ölkədə qanunlar gerçəkdən yürürlükdəysə “Agos” qəzeti rahat bir şəkildə THY uçaqlarında da, hava limanlarında da yayımlanar. Çünki qanunla yasadışı heç bir durum yox ortada.

Amma “bəs, nədən Azərbaycanda olay belə alqılandı” deyə soruşsanız, yenə də bir ağlabatan cavabımız vardır.

İzah edim elə isə.

Az bir müddət öncə Azərbaycan turizm sektorunun öndə gələnləri THY-nı boykot bəyanında bulundular. Bilet satışından komisyonla bağlı anlaşamadıqları bir məsələ olduğu üçün və THY bilet satışı gerçəkləşdirən turizmçiləri qolay atlatılamayacaq bir durumda buraxdığı üçün bilet satışından vaz keçmə ən doğru yoldu əslində. Və belə olunca da biriləri araya girərək, “THY necə bir Türk dövləti olan Azərbaycanla belə davranır” kimi sualları tirajlamağa başladılar.

İndi də bu “Agos” olayı çıxdı başımıza. Deyirlər ki, baxın, THY Türklərə qarşıdır, o üzden Azərbaycan turizmçilərini də çətin duruma salır. Elə olmasaydı “Agos”u belə yayımlamazdı filan kimi sözlər yəni.

Əslində olayın içində millət və milliyyətçilik məsələsi yoxdur. Məsələ sadəcə hüquq və ekonomik mənfəətdir. Bəli, bu qədər bəsit yəni. İndi THY “Agos” qəzetinə qucaq açır deyə işin əsli bəlkə də tam olaraq açıqlana bilmir. Bəlkə də “Agos”la anlaşmaya varan bir THY yetkilisi heç bizim düşündüklərimizi düşünməmişdir. Bəlkə də görəvli şəxs “bundan şirkətimiz fayda görər” deyə düşünmüşdür. Bilmirik, bilmərik də bəlkə.

Amma Azərbaycandakı insanların əsəbləşməsini də görməzlikdən gələ bilməz hər halda THY. Çünki Azərbaycan torpaqları hələ erməni işğalı altında, ermənilər hələ yer üzündə “Türklər bizə 1915-də soyqırım yapdı” propaqandaları yürütməkdə və sən də durub onun qəzetinə qucaq açırsan.

Anlaşılması çətindir, deyil mi? Əslində isə ekonomik mənfəət millət tanımaz ki…

Bir də bu Cümhurbaşqanı Abdullah Gülün Ermənistanın yenidən seçilən prezidenti Serj Sarkisyanı təbrik etməsi çıxdı başımıza.

İndi gəl də soruşma: Sənə çoxmu gərək idi Xocalı faciəsinin 21-ci ildönümü öncəsi Xocalı və digər Qarabağ torpaqlarında əlləri Türk qanına bulaşmış ermənini təbrik etmək? Tələsən bir yerinmi vardı, Sayın Cümhurbaşqanı?

Əslində 21 fevral Beynəlxalq Ana Dili Günüylə bağlı yazacaqdım. Amma nəysə…

 

[email protected]

LENT

26 Aprel 2019
25 Aprel 2019

Digər xəbərlər >>>