Yatmaq istəyəcəyiniz  İNANILMAZ YATAQLAR -VİDEO
18 aprel 2021 15:00 (UTC +04:00)

Yatmaq istəyəcəyiniz İNANILMAZ YATAQLAR-VİDEO

Fərqli yataqlarda yuxuya getmək hər kəsin xəyalıdır. Bir-birindən fərqli yataq modelləri həm də rahatlığı ilə seçilir.

Lent.az xarici KİV-ə istinadən fərqli və rahat dizayn olunmuş yataqları təqdim edir:

Qonaq otağında yataq

Bu yataq yemək yeyərkən film izləməyi sevənlər üçündür. Eyni anda həm masada yemək yeyilir, yumşaq mebeldə oturub yuxunuz gələndə yata bilərsiniz.

Sürət qatarı yatağı

Adrinalin sevənlər üçün düşünülən bu yatağın uzunluğu 22 metrddir. Yataq Nyu-Yorkda bir sənət muzeyində nümayiş olunur.

Film yataq

Son illərin məşhur yataqlarından biri film yatağıdır. Kinoteatr ləzzəti verən bu yatağın yanları bağlanır və səs ətrafa yayılmır. Ekranı ayağınızın ucunda olan bu yataqda istənilən filmi izləmək mümkündür.

Özü toplanan yataq

Yataq toplamağı sevməyənlər üçün xüsusi olaraq hazırlanan bu yataq hava doldurularaq, toplanılır.

Quş yuvası yatağı

Bu yatağa baxanda əvvəlcə quş yuvası yada düşür. Yataq dörddəbir yandan yumurtanı xatırladan yastıqlarla əhatə olunub.

Qida yataq

Qida yataqlar arasında ən məşhuru hamburger yataqdı. Bu yataqda yastıq pomidora, yorğan isə çörəyə bənzəyir. Böyük marağa səbəb olan yatağın daha sonra başqa qidaları xatırladan növləri istehsal olunub: Pizza, vafıl, sandviç və s.

Qayıq yataq

Köhnə qayıqları yataq kimi düzəldib otağınızda dənizi xəyal edə bilərsiniz. İplə tavandan sallanan yatağa böyük maraq var.

Karton yataqlar

Bu yataq tələbə otaqlarında daha çox istifadə olunur. Tamamilə kartondan hazırlanan yataq ucuz və rahat şəkildə daşına bilir.

Su yatağı

Su yatağında yorğanınız su olacaq. Temperaturunu özünüz təyin edərək, suyun verdiyi hüzurda gərginlikdən uzaq ola bilərsiniz.

# 3699
avatar

Nigar Adil

Oxşar yazılar