"Xəyanəti yoldaşıma bağışlamaram, uşağı da ondan..." - Oksana  - VİDEO
09 dekabr 2021 17:28 (UTC +04:00)

"Xəyanəti yoldaşıma bağışlamaram, uşağı da ondan..." - Oksana - VİDEO

Azərbaycanlı aktrisa Oksana Rəsulova həyat yoldaşı barədə danışıb.

Lent.az-a açıqlama verən Oksana bildirib ki, həyat yoldaşına heç zaman xəyanəti bağışlamaz: 

“Həyatda xəyanəti bağışlaya bilmərəm. Fərqi yoxdur ki, bunu dost və ya həyat yoldaşı edir. Xəyanət pisdir. Arxadan zərbədir. Bağışlasam, qırılacam. Yoldaşım xəyanət etsə, biləcəm. Aramızda nəsə anlaşılmazlıq olsa, uşağımı ondan uzaqlaşdırmaram. Xəyanəti bağışlamasam, yenə də uşağına atalıq edəcək. Başqa variant yoxdur. Öz prinsipimə, eqoma görə uşağı atasından ayıra bilmərəm. Çünki övladımı özümdən çox istəyirəm”. 

Qeyd edək ki, O.Rəsulova aparıcı Şəhriyar Əbilovla evlidir. Cütlüyün Osman adlı bir oğlu var. 
 

# 4494
avatar

Yalçın UĞUR

Oxşar yazılar