Xarici ölkələrdə QADAĞAN  olunan davranışlar –  MARAQLI FAKTLAR
12 aprel 2021 16:53 (UTC +04:00)

Xarici ölkələrdə QADAĞAN olunan davranışlar – MARAQLI FAKTLAR

Hər ölkənin öz həyat–tərzi var. Bəzən öz ölkəmizdə bizə normal olan davranış, hansısa ölkədə qadağandır. Ona görə xarici səfərlər zamanı problem yaşamamaq üçün gedəcəyiniz ölkəni araşdırın.

Lent.az xarici ölkələrdə bilmədiyimiz qadağaları təqdim edir:

Tailand

Dünyanın hər yerində sol əldə çəngəl, sağ əldə bıçaq tutulur. Amma Tailandda demək olar ki, bütün yeməklər qaşıqla yeyilir, çəngəl isə yalnız yeməyi qaşığa qoymaq üçün yardımçı vasitədir.

İtaliya

Əgər bir yemək dadlıdırsa, onu əl hərəkətimizlə göstəririk: barmaqları birləşdirib, əli aşağı-yuxarı hərəkət elətdirirk. Bu hərəkəti İtaliyada eləmək qadağandır. Mənası söyüşə bərabər olan hərəkəti italiyanlar hirslənəndə edirlər.

Gürcüstan

Gürcüstanda süfrədə şərabı az-az içmək hörmətsizlikdir. Gürcülər şərabı qədəh toqquşdurandan sonra içirlər.. O zamana qədər heç kim şərab içmir.

Çin

Çində hansısa ailənin çay süfrəsinə qonaq olduqdan sonra nəzakət xətrinə çaydanı yumaq fikri ağlınızdan keçməsin. Çinlilərə görə çaydanın çaya dad qatan ruhu var və onu yumurlar. Sadəcə sudan keçirib, havada qurudurlar.

Yaponiya

Yaponiyada yeməklərin çubuqla yeyildiyi hər kəsə məlumdur. Çubuqları yeməyin üzərinə dik saxlayıb, süfrədən qalxmaq olmaz. Bu hərəkət yas məclislərində edilir və qonaq getdiyiniz ev sahibinə təhqirdi.

Kanada

Kanadada qəhvə içdikdən sonra fala baxmaq cinayətdir.

Qazaxıstan

Qazaxıstanda qonağa çay stəkanın yarısına qədər süzülür. Bunun mənası ev sahibi sizin getməyinizi istəmir, söhbətinizin davam etməsini və sizə tez-tez isti çay hazırlamaq istəyir. Əgər, stəkanınıza tam halda çay süzülərsə, o zaman getmə vaxtına işarə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5738

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

3 iyul 2025 , 10:00
Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

2 iyul 2025 , 10:34
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 iyul 2025 , 09:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 iyul 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 iyun 2025 , 10:00
İranda ölən generalların cənazələri  TIR-larla daşındı - VİDEO

İranda ölən generalların cənazələri TIR-larla daşındı - VİDEO

28 iyun 2025 , 11:03
Rusiyada OMON-un saxladığı  azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

Rusiyada OMON-un saxladığı azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

28 iyun 2025 , 11:00
17 illik uğurlu yolun yolçusu  - VİDEO

17 illik uğurlu yolun yolçusu - VİDEO

25 iyun 2025 , 21:29