Təbrizdə dövlət binalarına Güney Azərbaycanın bayrağı asılır - VİDEO
19 noyabr 2022 12:20 (UTC +04:00)

Təbrizdə dövlət binalarına Güney Azərbaycanın bayrağı asılır - VİDEO

İranda artıq 65 gündür ki, etiraz aksiyaları davam edir.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, aksiyalar çərçivəsində hökumətə qarşı müxtəlif şüarlar səsləndirilib və bu etirazlar ayrı-ayrı üsullarla özünü göstərir.

Etirazların daha çox vüsət aldığı yerlərdən biri də Azərbaycanın ideoloji mərkəzi hesab olunan qədim Təbriz şəhəridir. Burada etirazçılar ötən gecə hökumət binalarının qarşısına Güney Azərbaycanın mücadilə bayrağını aasıblar.

Görüntülər sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Videonu təqdim edirik:

# 3201
avatar

Oxşar yazılar