Qiyməti  2 MILYON DOLLARDIR   : Dünyanın ən bahalı itləri – VİDEO
16 iyul 2021 18:33 (UTC +04:00)

Qiyməti 2 MILYON DOLLARDIR : Dünyanın ən bahalı itləri – VİDEO

Dünyada ən bahalı itlər hansılardır? Nadir cinsdən olan itlərin qiymətləri həddən artıq bahadır. Onları əldə etmək heç də asan deyil. 

Lent.az dünyanın ən bahalı itlərini təqdim edir: 

Kanada Eskimo cinsi 

Kanada coğrafiyasına xas olan bu itlər ağ və qara rəngdə olurlar. Çəkisi 18-40 kiloqram ağırlığında olan Kanada Eskimo cinsi ağıllı itlər kimi də tanınır. Qiyməti 1200 dollardır. 

Nyufondland cinsi 

8 və 10 il yaşayan, əsasən qara, qəhvəyi rəngdə olan bu cins itlər uşaqlarla çox asan dost olurlar. Bu itin qiyməti təxminən 1300 dollardan başlayır. 

Qazal tazısı 

Gözəlliyi və hündürlüyü ilə diqqət çəkən qazal tazısının ömrü 12-14 ildir. Ağıllı olsalar da, utancaqlığı ilə digər cinslərdən fərqlənirlər. Qazal tazısı almaq istəyənlər bunun üçün 2300 dollar xərcləməlidir. 

Napoli mastifi 

İtalyan it cinsinə aid olan Napoli mastifi sahiblərini kənar təsirlərdən qorumağı bacarır və sadiqliyi ilə diqqət çəkir. 8-10 il ömrü olan bu itlər 2600-5000 dollar civarında satılır. 

Əfqan tazısı 

Tüklərinin uzunluğu və nazikliyi ilə seçilən bu itlərə əsasən Əfqan dağlarında rast gəlinir. 12-14 il yaşayan bu cins itlər daha çox ağ və açıq qəhvəyi rəngdə olurlar. Qiyməti 2500- 5500 dollardır. 

Alman çoban iti 

Bu itlərdən Almaniyada müxtəlif sahələrdə istifadə edilir. 9-13 il yaşayan bu itlərin qiyməti 6000-7000 dollardır. 

Tibet mastifi 

Bu itlər aslanlara bənzəyir. Tibet mastifi dünyanın ən bahalı it növü olaraq ilk sırada yer alır. Hindistan, Çin, Nepal və Tibetdə yerli əhali bu itlərdən təsərrüfatlarında olan qoyunları vəhşi heyvanlardan qorumaq üçün istifadə edirlər. 13-15 il yaşayan bu itlərin qiyməti 2 milyon dollardır.

# 5391
avatar

Nigar Adil

Oxşar yazılar