Səudiyyə Ərəbistanının Məkkə şəhərində quraqlıq və yağıntıların azalması səbəbilə yağmur duası oxunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, paylaşılan görüntülərdə, dua zamanı sünnəyə uyğun olaraq cübbələr tərs geyinilib.
İslam ənənəsində bu addım bəndənin Allah qarşısındakı acizliyini və ehtiyacını ifadə edən simvolik davranış kimi qəbul olunur. Eyni zamanda bu, yağışın yağması üçün edilən niyaz mənası daşıyır.
Yağmur duası müsəlman icmalarında quraqlıq dövrlərində keçirilən dini mərasimdir. Bu zaman möminlər bir araya toplaşır, xütbə oxunur və toplu şəkildə dua edilir. Məkkədə keçirilən proqramda da camaat saf tutaraq birlikdə dua edib.