Ev kimi istifadə olunan İNANILMAZ  MƏKANLAR  
15 aprel 2021 18:50 (UTC +04:00)

Ev kimi istifadə olunan İNANILMAZ  MƏKANLAR 

Normal evlər 2, 3 otaqlı olduğu halda, bəzi evlər qeyri-adiliyi ilə seçilir.  Dünyanın müxtəlif şəhərlərində yerləşən bu fərqli evlər hər kəsi təəccübləndirir. 

Lent.az  xarici KİV-ə istinadən dünyada yerləşən qeyri-adi evlər haqqında məlumatları təqdim edir:

Təyyarə ev

Amerikada bir meşənin içərisində təyyarə var. İlk görəndə qəza nəticəsində meşəyə düşdüyü düşünülür. Amma bu təyyarə Brus Kampbelin evidir. Boeing 727 təyyarəsi 1999-cu ildən artıq istifadəyə yararsızdır. Brus onu yüz min dollara satın alıb, ev kimi istifadə edir. Pilotların əyləşdiyi yer isə onun  iş və oxu otağıdır. Bu evi ziyarət etmək istəyənlər, ev sahibi ilə əlaqə saxlayıb, qeydiyyata düşməlidir. 


Yaşıl ev 

İngiltərədə yaşayan Elzabetin ləqəbi “yaşıldır”. O, evinə aldığı bütün əşyaları mümkün qədər yaşıl rəngdə olmasına çalışır. Elzabetin geyimləri, hətta saçları da yaşıl rəngdədi. O, bu rəngdən  enerji aldığını deyir. 

 

Dəniz ev 

Bajau Laut adlı etnik qrup Malaziya, İndoneziya və Fillipində dəniz evlərdə yaşayırlar. Onların qeyd olunan ölkələrdə vətəndaş statusu yoxdur və bu etnik qrupa quruda yaşamaq qadağandır. Min ildir ki, dənizdə yaşayan bu insanlar 70 m dərinliyə qədər üzə bilirlər. 

 

Konalizasiya ev

Kolumbiyada bir ailənin evi konalizasiya quyusunun içərisindədir. Restepo və Maria adlı cütlük dar quyunu ev halına gətiriblər. Kanalizasiya quyusunu ev kimi istifadəsinə icazə verilməsə də, yaşamaları üçün onlara mane olan yoxdur. 


 Balaca ev 

İngiltərədə yerləşən balaca ev 16-cı ərsdə tikilib və 1900-cü ilin sonuna qədər ev kimi istifadə edilib. Evin son sahibi balıqçı olub. Hündürlüyü 3, 5 m, eni isə 3 m olan balaca evə iki nəfərdən başqa heç kim daxil ola bilmir. Maraqlısı isə odur ki, ev iki mərtəbəlidir. Hazırda balaca ev muzey kimi fəaliyyət göstərir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044
avatar

Nigar Adil

Oxşar yazılar