Yay fəslində hər kəsi bir sual maraqlandırır: "Harada dincəlim?"
Çoxları ucuz, münasib qiymətlər təklif edən xarici ölkələrdəki istirahət mərkəzinə üstünlük versə də, bəziləri istirahətə xərclənən pulda xəsislik etmir.
Lent.az dünyanın ən bahalı istirahət mərkəzlərinin reytinqini təqdim edir. Qiymət uçuş nəzərə alınmaqla, 1 nəfər üçün birgünlük göstərilib.
İspaniya
İspaniyada yerləşən Sa Ferradura adası dünyanın ən bahalı istirahət məkanıdır. Aralıq dənizi sahilində yerləşən adada qiymətlər 100 min dollardan başlayır.
Məkandakı möhtəşəmliyinin yaradılmasına 10 il vaxt sərf olunub. Burada hər şey – tennis kortları, yaxtalar, qolf meydanları var.
Virginiya adaları
Virginiya adasının və Neker istirahət mərkəzinin çimərlikləri kəhrəba və bəyaz qumsallığı ilə şöhrət qazanıb. Burada dayvinq və sörfinqlə məşğul olmaq, tennis kortunda oynamaq, istənilən dövlətin milli mətbəxini sifariş etmək olar. Bütün bunlar üçün bir gün ərzində bir nəfər 29 000 dollar ödəməlidir.
Baham adaları
Baham adalarındakı Maşa Key dünyanın ən bahalı istirahət mərkəzləri sırasında üçüncü yerdədir. Burada istirahət edənlərin maksimal sayı 24 nəfərdən çox olmamalıdır. Maşa Keydə adi otellər yerinə biznes-klass apartamentlər inşa edilib.
Bir gün üçün təxminən 25 min dollar ödəyən turist mərkəzin təklif etdiyi xidmətlərin bütün spektrini əldə edir.
Maldiv adaları
Maldivdə kiçik adada yerləşən Raniya istirahət mərkəzində də dincələnlərin maksimal sayı 12 nəfərdən çox deyil. Raniyaya yalnız suyun səthinə enə bilən təyyarədə və ya yaxtada gəlmək mümkündür. Burada beş gün istirahət etmək istəyənlər 60 min dollara xərcləməli olacaqlar.
Tısbağa adası
Ailəvi istirahət üçün Tısbağa adası ideal məkandır. Adaya turistləri cəlb edən məqamlarından biri minimum 100 il yaşayan böyük tısbağalardır. Burada 6 gün istirahət etmək üçün 10000-15000 dollara başa gəlir. Burada həmçinin ekzotik balıq ovu təşkil etməklə də məşhurdur.