Araz Zeynalovun xatirəsinə həsr olunmuş SƏNƏDLİ FİLM
10 sentyabr 2022 10:24 (UTC +04:00)

Araz Zeynalovun xatirəsinə həsr olunmuş SƏNƏDLİ FİLM

Mərhum jurnalist Araz Zeynalovun xatirəsinə həsr olunmuş sənədli film çəkilib.

Lent.az xəbər verir ki, APA TV-nin hazırladığı ekran əsərinin ideya müəllifi Vüsalə Mahirqızı, layihə rəhbəri Orxan Məmmədli, ssenari müəllifi və rejissoru Ruslan Mollayevdir.

Xronometrajı 27 dəqiqə olan "Yaddaşın daimiliyi" adlı filmdə Araz Zeynalovun yaxınları, qələm yoldaşları, ictimai xadimlər xatirələrini bölüşüblər.

Qeyd edək ki, Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra bu il avqustun 3-də vəfat edib.

# 4770
avatar

Oxşar yazılar