Türkiyənin Bursa şəhərində ana bir yaşlı körpəsini dondurma satanın yanında unudub.
Lent.az yerli mətbuata istinadən bildirir ki, körpəsini unudan ana yarım saatdan sonra uşağını xatırlayıb.
Dondurma mağazasının sahibi və işçilər valideynləri gələnə qədər onunla oynayıb, sakitləşdiriblər.
Polsi valideynlərin ifadəsini aldıqdan sonra uşağı təhvil verib.