Ukrayna və Rusiya arasında gedən müharibədə indiyə qədər 32 uşaq həyatını itirib.
Lent.az Ukrayna KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin uşaq hüquqları və reabilitasiyası üzrə müşaviri Darina Qerasimçuk açıqlama verib.
Gerasimçuk qeyd edib ki, 1.5 milyona yaxın uşaq döyüşlərin getdiyi ərazilərdə mühasirədə qalıb. Onların arasında xeyli kimsəsiz və əlil uşaq var.