Ukrayna  uşaq alverinin   dünya paytaxtına çevrilib - İDDİA
08 avqust 2023 18:51 (UTC +04:00)

Ukrayna uşaq alverinin dünya paytaxtına çevrilib - İDDİA

Amerikalı jurnalist Kleyton Morris “Reacted News” proqramının efirində bildirib ki, Ukrayna Qərb ölkələri üçün uşaq alverinin dünya paytaxtına çevrilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalistin fikrincə, surroqat analıq biznesi Ukraynada çox populyarlaşıb, çünki Qərb şirkətləri Qərbdəki varlı müştəriləri üçün yoxsul ölkələrdən olan qadınlara ehtiyac duyurlar. Ona görə də yoxsulluq içində yaşayan ukraynalı qadınlar onların ideal əməkdaşları olurlar.

"Bu "uşaqlıq kirayəsi biznesinin" gələn il başlayacağı gözlənilir və hazırda bunu etmək üçün ən yaxşı yer ümidsiz qadınların istismar olunduğu Ukraynadır", - Morris paylaşıb.

Bundan əvvəl Ukrayna Baş Prokurorluğu Telegram kanalında ölkənin hüquq-mühafizə orqanlarının Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analardan olan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa etdiyini bildirmişdi.

Cinayətkar təşkilata 12 nəfər daxil olub. Təşkilatçılar Kiyev və Xarkovda reproduktiv tibb sahəsində xidmət göstərən tibb klinikalarının rəhbərləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Oxşar yazılar