Qadın  qızı üçün   uşaq dünyaya gətirəcək
04 aprel 2022 19:58 (UTC +04:00)

Qadın qızı üçün uşaq dünyaya gətirəcək

ABŞ-da 50 yaşlı qadın uşaq sahibi ola bilməyən xəstə qızına kömək etmək üçün öz nəvəsinə hamilə qalıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Yuta ştatından olan Şaliz Smit, həkimlər 24 yaşlı qızı Keytlinə hamilə qalmasının onun üçün təhlükəli ola biləcəyini deməsindən sonra özünü surroqat ana rolu üçün təklif edib.

2019-cu ildə qadın süni mayalanma prosedurundan istifadə edərək hamilə qalıb. Lakin hamiləliyin yeddinci ayında onun vəziyyəti kəskin şəkildə pisləşib və həkimlər ona Şeqren sindromu diaqnozu - birləşdirici toxumanın otoimmün lezyonu, aşağı düşməyə səbəb ola bilər - qoyublar, Məlum olub ki, qadın 16 yaşından xəstədir, lakin əvvəllər həkimlər düzgün diaqnoz qoya bilməyiblər.

Körpə dünyaya gəldikdən sonra Mynoza yeni hamiləliyin son dərəcə təhlükəli olacağı bildirilib.

“Qızım diaqnozu məlum olandan bir neçə ay sonra ona zəng etdim və özümü surroqat ana kimi təklif etdim", - 8 uşağını heç bir ağırlaşma olmadan dünyaya gətirən Smit deyib.

Mynoz həmişə çoxlu uşaq sahibi olmağı xəyal edib, lakin anasının təklifindən şoka düşüb, çünki o, artıq sonsuzluqla barışmışdı.

O, əri ilə danışıb və onlar bu addıma razılaşıblar. "Anam həmişə məni və böyük ailəyə sahib olmaq istəyimi dəstəkləyib", - qadın deyib.

Süni mayalanma uğurlu alınıb və Smit və Mynoz ailələri may ayında qız övladı gözləyirlər
 

# 3432
avatar

Oxşar yazılar