Niyə öz övladlarınızla  dost olmamalısınız? - RƏY
27 avqust 2024 18:02 (UTC +04:00)

Niyə öz övladlarınızla dost olmamalısınız? - RƏY

Uşaqlıqda öz valideynləri ilə çətin münasibətdə olan böyüklər səhvlərindən qaçmağa çalışırlar. Buna görə uşaqla həddindən artıq yaxınlıq yaranır ki, bu da tez-tez dostluğa çevrilir. İlk baxışdan görünə bilər ki, bu, uşaqlarla münasibətlər üçün əla formatdır. Amma doğru deyil.

Niyə öz övladınla dostluq etməməlisən?

Lent.az xəbər verir ki, bunun ilk səbəbi etibarınızı itirməklə bağlıdır. 

Valideynlər uşağın gözündə qeyd-şərtsiz səlahiyyətə malik olmalıdırlar. Bu halda nizam-intizam və itaətlə bağlı heç bir problem olmayacaq.
Ancaq dostluq formatında bu mümkün deyil. Dostlar bərabər hüquqlara malikdirlər, buna görə uşaq sizi eşitməyəcək.

Anlaşılmazlıq

Uşaqlar həqiqətən kim olduğunuzu, sizə necə davranacağınızı, rolunuzun və əsas funksiyanızın nə olduğunu başa düşə bilməzlər. Buna görə də, uşağınızı qarışdırmamalısınız. İsti və etibarlı münasibətlər qurun, lakin sərhədlər qoymağı unutmayın.

Əks halda, uşağınızın gözündə bir valideyn kimi səlahiyyətinizi bərpa etmək sizin üçün son dərəcə çətin olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Fidan İlqar

Oxşar yazılar