Körpəyə əlavə qida nə vaxt verilməlidir? -  CAVAB
18 iyul 2023 12:44 (UTC +04:00)

Körpəyə əlavə qida nə vaxt verilməlidir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu körpələrə əlavə qidanın verilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən körpəyə əlavə qida nə vaxt verilməlidir?

Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov Lent.az-a bildirib ki, körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir. 

Onun sözlərinə görə, çünki hərtərəfli inkişaf üçün, xüsusən də mədə-bağırsaq sisteminin tədricən ağızdan qəbul edilən qidaya öyrəşməsi, immun sisteminin normal fəaliyyəti, ana-uşaq əlaqələrinin yaranması və s. üçün ana südü ilə qidalandırma çox vacibdir:

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3387
avatar

Arzu Qurbanlı

Oxşar yazılar