Həkim yeni doğulan uşağı  anasından pulla aldı və...
02 avqust 2025 11:32 (UTC +04:00)

Həkim yeni doğulan uşağı anasından pulla aldı və...

Kuşadasında pediatr Şebnem D.E. işlədiyi xəstəxanada uşaq dünyaya gətirən qadından övladlığa götürmək niyyətində olan körpəni alıb. Qalmaqal həkimin tək səhvi sayəsində üzə çıxıb. Hadisədən sonra Şebnem D.E. jurnalistlərə açıqlama verib.

Lent.az-ın  məlumata görə, Kuşadası Dövlət Xəstəxanasında uşaq həkimi işləyən 57 yaşlı Şebnem D.E. iyulun 21-də xəstəxanada dünyaya gələn Ö.K.nın körpəsini övladlığa götürmək istəyib.

Şebnem D.E. ana ilə danışıb və doğuşdan sonra körpəni götürüb. İyulun 30-da körpəni evə aparıb əlindən salan həkim həmkarlarında şübhə doğurmamaq üçün qohumu vasitəsilə körpəni xəstəxanaya göndərib və şəxsən müayinə edib. 

Müayinə zamanı tib bacısı körpənin bədənində qançırlar görüb və bu barədə baş həkimə məlumat verib. Vəziyyəti ağır olan körpə Şebnem D.E.nin icazəsi ilə Aydın Adnan Menderes Universiteti Xəstəxanasına köçürülüb.

Körpənin aldığı xəsarətlərin şübhəli olması ilə bağlı Kuşadası Rayon Polis Şöbəsi araşdırmalara başlayıb. Pediatr Şebnem D.E. qanunsuz övladlığa götürmə və ehtiyatsızlıqdan xəsarət yetirmə ittihamı ilə həbs edilib.

İfadəsində Şebnem D.E. övladı olmadığı üçün körpəni anasının razılığı ilə aldığını və heç bir alış-veriş edilmədiyini bildirib.

İl Sağlamlıq Müdirliyi Şebnem D.E.ni vəzifəsindən uzaqlaşdırıb. Lakin körpənin vəziyyətinin ağır olduğu bildirilir. Polis körpənin anası Ö.K.nın tutulması üçün əməliyyata başlayıb.

Prosedurları başa vurduqdan sonra həkimin işi məhkəməyə göndərilib və şərti azadlığa buraxılıb.

Şebnem D.E. və vəkilləri Yunus Usta və Ahmet Türker məhkəmə binası qarşısında jurnalistlərə açıqlama veriblər.

32 ildir uşaq həkimi olan və daha əvvəl hamiləlik zamanı körpəsini itirən Şebnem D.E. deyib:

"Məni və uşaqlara göstərdiyim sevgini hamı tanıyır. Oğlumu itirəndən sonra övladlığa götürmək istədim. Keçən il buna cəhd etdik, amma alınmadı. Bu il belə bir uşağın həyatına toxunmaq imkanım olanda bu uşağa gələcək bəxş etmək, onlara yaxşı imkanlar yaratmaq istədim. Təəssüf ki, mənim istəyimdən kənar xoşagəlməz hadisə baş verdi. Dərhal müdaxilə etdim və onu xəstəxanaya apardım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar