Dişləri olan uşaq doğuldu
20 noyabr 2024 19:09 (UTC +04:00)

Dişləri olan uşaq doğuldu

Moskvanın Korolev vilayətində qadın dişləri olan uşaq dünyaya gətirib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Çəkisi 3200 qram, boyu 50 santimetr olan oğlan özünəməxsus xüsusiyyəti ilə doğulub - onun alt çənəsində iki kəsici diş olub. Baş həkimin mamalıq və ginekoloji yardım üzrə müavini Yuliya Yatseviçin izah etdiyi kimi, körpə sağlam doğulub, baxmayaraq ki, belə bir diş problemi olduqca nadir hesab olunur.

Hazırda qadın və uşaq klinikanın həkimlərinin ambulator nəzarəti altında evdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar