Cinsiyyəti   məlum olmayan  uşaqlar   doğuldu
02 yanvar 2024 12:50 (UTC +04:00)

Cinsiyyəti məlum olmayan uşaqlar doğuldu

2023-cü ildə Tümen vilayətində cinsiyyəti qeyri-müəyyən altı uşaq dünyaya gəlib. 

Lent.az xarici medaya istinadla bildirir ki, regional səhiyyə idarəsi nadir mutasiyaya məruz qalan yeni doğulmuş körpələr barədə məlumat verib

Söhbət insanın həm xarici, həm də daxili cinsiyyət orqanlarının nə qadın, nə də kişi cinsinə uyğun gəlmədiyi mutasiyadan gedir. Bildirildiyinə görə, belə uşaqların cinsini cərrahi yolla düzəltmək olar. Eyni zamanda, cinsi aydınlaşdırmaq üçün genetik tədqiqat aparmaq lazımdır.

Regionda əvvəllər də cinsi inkişaf pozğunluğu olan uşaqlar doğulub. Məlumata görə, 2022-ci ildə üç, 2021-ci ildə isə iki körpəyə bu diaqnoz qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39330
avatar

Oxşar yazılar