Elizabeth və Mary
06 dekabr 2021 19:28 (UTC +04:00)

Elizabeth və Mary

27 saat çəkən MÖCÜZƏLİ ƏMƏLİYYAT – Siam əkizləri...

Kamerunda dünyaya gəlmiş birləşmiş siam əkizləri İstanbulda 27 saat davam edən uğurlu əməliyyat nəticəsində sağlamlıqlarına qovuşdu.

Lent.az TRT-yə istinadən bildirir ki, əməliyyatın reallaşdırıldığı Acıbadəm Altunizadə Xəstəxanasından bu barədə məlumat yayılıb. Bildirilib ki, Kamerun Prezident administrasiyasının təşəbbüsü ilə Türkiyəyə cəlb edilən  birləşmiş əkizlər (Siam Əkizlər) Elizabeth və Mary üçün əməliyyatdan əvvəl 7 ay ərzində multidisiplinar müalicə prosesi aparıldı. Riski ən aza endirmək üçün radiologiya və angioqrafik müayinələr sayəsində əkizlərin Üçölçülü modelləri hazırlandı. Bütün hazırlıqlardan sonra cərrahi əməliyyat prosesi başladıldı. Əkizlər 27 saat davam edən  əməliyyatdan sonra bir-birindən ayrıldı.

Əkizlərin anası Caroline Akwe açıqlamasında: “Bütün çətinliklərə baxmayaraq, körpələrimi bir il bir-birinə birləşmiş vəziyyətdə əmizdirdim. Onların hər ikisinin sağ-salamat bir-birindən ayrılacağına dair ümidimizi heç vaxt itirmədik. Lakin Türk həkimlərinin səyləri və uğurları nəticəsində  arzumuz reallaşdı”.

# 2634
avatar

Oxşar yazılar