Ekoloji baxımdan  ən təmiz paytaxt
09 noyabr 2024 19:28 (UTC +04:00)

Ekoloji baxımdan ən təmiz paytaxt

Son illərdə davamlı turizm tendensiyası getdikcə populyarlaşır. Bəziləri səyahət edərkən getdiyi yerin qədimiliyinə, bəziləri dənizinə, bəziləri isə təmizliyinə görə seçim edir. 

Lent.az xəbər verir ki, 2024-cü ildə dünyanın ən ekoloji cəhətdən təmiz turizm məkanı Finlandiyanın paytaxtı Helsinki seçilib. Onun ümumi balı il ərzində 100 baldan 90,49 baldan 92,43-ə yüksəlib. Bunun sayəsində şəhər bir neçə ildir reytinqin zirvəsində olan İsveçin Göteborq şəhərini yerindən edib. 

Göteborq 100 baldan 90,83 bal toplayaraq bu il reytinqdə ikinci yeri tutub. Danimarkanın paytaxtı Kopenhagen 2023-cü ildəki 91,73 balla qarşı bu dəfə 88,19 balla qiymətləndirilən ilk üçlüyü tamamlayıb.

Avropada olmayan ölkələr arasında Sinqapur reytinqdə ən yüksək yeri tutur - bir il əvvəl 81,31 xalla müqayisədə 100 baldan 83,37 balla yeddinci yerdədir.

Ümumilikdə, reytinqə dünyanın 40 şəhəri daxildir ki, bu şəhərlər ekspertlərin fikrincə, davamlı turizmə güclü öhdəliyini ən yaxşı şəkildə nümayiş etdirir, turizm artımını ətraf mühit və cəmiyyətin rifahı üçün qayğı ilə effektiv şəkildə balanslaşdırır.

2024-cü il reytinqində yeni şəhərlər arasında Limerik, Dublin (hər ikisi İrlandiya), Viktoriya, Kvebek Siti (hər ikisi Kanada) və Horsens (Danimarka), Reykyavik (İslandiya) isə qısa müddət ərzində ilk 40-lığa qayıdıb.

Səyahətçilər üçün 10 ən təmiz şəhər:

Helsinki, Finlandiya

Göteborq, İsveç

Kopenhagen, Danimarka

Bergen, Norveç

Orhus, Danimarka

Bordo, Fransa

Sinqapur

Oslo, Norveç

Belfast, Şimali İrlandiya

Sidney, Avstraliya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Sevinc Fərid

Oxşar yazılar