“Windows 11”in  bu xüsusiyyətlərini   çox adam bilmir
19 yanvar 2024 18:25 (UTC +04:00)

“Windows 11”in bu xüsusiyyətlərini çox adam bilmir

Tezliklə bir çoxumuz “Windows” əməliyyat sisteminin 11-ci versiyasına keçəcəyik. Bir çox interfeys elementlərinin saxlanacağını, lakin başqa funksiyaların da əlavə olunacağı bildirilir. 

Lent.az faydalı ola biləcək xüsusiyyətləri təqdim edir: 

Klassik menyu

Siçan üzərinə sağ klikləməklə, siz OS pəncərələrini klassik görünüşünə qaytaracaq menyunu çağıra bilərsiniz. 

Səs daxiletmə

Win + H düymələri birləşməsi ilə açılır. Diktasiyadan istifadə etmək daha rahat olacaq. 

Yedəkləmə

"Hesablar" sekmesine keçməlisiniz və müvafiq sürgüləri yenidən təşkil etməlisiniz. 

Ekran qeydi

Win+Shift+S düymələrini sıxmaqla nəinki skrinşot çəkə, həm də ekranı yaza bilərsiniz. 

Fokus funksiyası

Pomodoro sisteminə uyğun işləmək imkanı verən taymer işə düşür.
 

# 3978
avatar

Sevinc Fərid

Oxşar yazılar