ABŞ-ın keçmiş prezidenti Donald Tramp
08 iyul 2021 11:28 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp

Tramp “Twitter”, “Facebook” və “Google”u MƏHKƏMƏYƏ VERİR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media platformalarının ona qarşı senzura tətbiq etməsinə etiraz edərək məhkəməyə müraciət edəcəyini acıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ Koqres binasına hücum təşkil edildikdən sonra sosial şəbəkələrdə eks prezidentin hesabları bağlanıb. 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp

Trampın məhkəməyə verəcəyi insanlar arasında Mark Zukerberq, Cek Dorsi və Sundar Pichaiyi var. 

Eks prezident bildirib ki, sosial media hesablarından ona tətbiq olunan senzura qanunsuzdur və konstitusiyaya ziddir. 

Qeyd edək ki, Donald Trampın “Facebook” hesabı ən tez 2023-cü ildə aktiv olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4023
avatar

Nigar Adil

Oxşar yazılar