Telefonunuzda  zəngin keyfiyyətini   necə yaxşılaşdırmaq olar?
14 dekabr 2023 19:37 (UTC +04:00)

Telefonunuzda zəngin keyfiyyətini necə yaxşılaşdırmaq olar?

Bəzən mobil telefon istifadəçiləri zəng keyfiyyətinin aşağı olması kimi problemlərlə üzləşirlər. Siqnalın yaxşı olduğu  yerlərdə belə çətinlik özünü göstərir. Bəzən isə telefonda heç şəbəkə də görünmür. 

Belə bir vəziyyətdə nə etmək lazımdır? 

Lent.az xəbər verir ki, belə halların çıxış yolu var. O da cihazı yenidən yükləməkdir.

Ancaq bundan başqa təsirli daha bir yol var. 

“Life hack”in mahiyyəti

Telefon zəngi etməzdən əvvəl bir düyməni sıxmaq lazımdır. Amma söhbət ümumiyyətlə fiziki düymədən yox, virtual düymədən gedir. Bunu görmək üçün bildiriş kölgəsini aşağı salın.

Ekranda təyyarənin təsviri olan dairə və ya kvadrat görünməlidir. Şəklin altında “Təyyarə rejimi” başlığı var. 

Bu düyməni basın və bütün simsiz texnologiyalar (mobil şəbəkə axtarışı daxil olmaqla) dərhal sönəcək. Bir neçə saniyə gözləyin və uçuş rejiminin artıq aktiv olmaması üçün düyməni yenidən basın.

Bu sadə prosedurun nəticəsi şəbəkə parametrlərini yenidən yükləmək və smartfonu mobil şəbəkəyə yenidən qoşmaq olacaq. Bu zaman zəng keyfiyyətinin yüksəldiyinin şahidi olacaqsınız. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5400
avatar

Sevinc Fərid

Oxşar yazılar